Holdinq prezidentinin müraciəti
Hörmətli müştərilər, tərəfdaşlar və həmkarlar!
Biz müxtəlif biznes sahələrində fəaliyyət göstərən böyük şirkətlər qrupundan biri olaraq ölkəmizin tərəqqisinə, sahibkarlığın inkişafına və xalqımızın rifahının yüksəldilməsinə töhfə verməkdən məmnunluq duyuruq.
1988-ci ildə, Azərbaycanda özəl sektorun formalaşmağa başladığı ilk illərdə yaradılmış şirkətlərimiz bu gün qida, sənaye istehsalı, yükdaşıma, ticarət və turizm kimi sahələrdə uğurla fəaliyyət göstərir. Fəaliyyətimizin mühüm istiqamətlərindən biri də Azərbaycanda tanınmış brendlərin və yüksək keyfiyyətli məhsulların təmsil olunmasıdır.
Son illərdə ölkəmizin iqtisadi potensialı və sürətli inkişafı, eləcə də Azərbaycanın etibarlı biznes tərəfdaşı kimi möhkəmlənən imici fəaliyyətimizin və beynəlxalq tərəfdaşlıqlarımızın genişlənməsini şərtləndirir. Biz biznes prinsiplərimizə sadiq qalaraq, peşəkar komandamızla birlikdə korporativ idarəetmə sistemini tətbiq edir, bütün fəaliyyət istiqamətlərində yüksək standartlara nail olmağa, tərəfdaşlarımızın və müştərilərimizin etimadını qazanmağa çalışırıq. Səmimiyyət, şəffaflıq, dəyərlərə hörmət və müştəri məmnuniyyəti uzunmüddətli tərəfdaşlıqlarımızın əsasını təşkil edir.
Layihələrimizin keyfiyyətini və komandamızın peşəkarlıq səviyyəsini artırmaq məqsədilə ölkə daxilində və xaricdə keçirilən təlim və konfranslarda fəal iştirak edirik. Beynəlxalq standartlara uyğunlaşmaq və müasir texnoloji həlləri tətbiq etmək üçün texnologiyalarımızı mütəmadi olaraq təkmilləşdiririk. Bu gün beynəlxalq fəaliyyətimizi genişləndirir, bir sıra ölkələrdə müxtəlif biznes layihələrində iştirak edir və strateji tərəfdaşlıqlarımızı gücləndirməyə çalışırıq.
Azərbaycanın siyasi sabitliyi və davamlı inkişafı fəaliyyətimiz üçün yeni imkanlar yaradır. Ölkəyə yeni layihələr və resurslar cəlb etməklə missiyamızı daha da gücləndirəcək və xalqımızı yüksək keyfiyyətli məhsullarla təmin etməyə davam edəcəyik.
Elçin Muradov
“EL Holdinq”in prezidenti