Biz kimik
Haqqımızda
“EL Holdinq” təməli 1988-ci ildə qoyulmuş və bu gün Azərbaycanda biznesin müxtəlif sahələrində təmsil olunan iri şirkətlər qrupundan biridir. Holdinq yük daşımaları və sənaye istehsalı kimi sektorlarda uğurla fəaliyyət göstərir.
Ölkənin inkişaf dinamikası və iqtisadi gücü, eyni zamanda təşkilati sabitlik, maliyyə sabitliyi, təcrübəli və peşəkar kadrlar “EL Holdinq”in uğurlu fəaliyyətini şərtləndirən əsas amillərdir.
Fəaliyyətimizin genişləndirilməsi sayəsində beynəlxalq tərəfdaşlarımızın sayı artır və biz xalqımıza daha geniş çeşiddə yüksək keyfiyyətli məhsullar təqdim edirik. Sənaye istehsalı sahəsində fəaliyyətimiz genişlənir.
“EL Holdinq” Azərbaycandan kənarda da fəaliyyət göstərərək müxtəlif biznes layihələri həyata keçirir. Prioritet sahələrdə aparılan bu layihələr təcrübəli ekspertlərin rəyinə əsaslanır və bununla da onların keyfiyyəti və gəlirliliyi təmin olunur.
Qarşılıqlı hörmət və düzgünlük əsasında uzunmüddətli tərəfdaşlığın təmin edilməsi, xalqımızın rifah halının yüksəldilməsi məqsədilə yüksək keyfiyyətli məhsul və xidmətlərlə təchiz olunması, müştəri və tərəfdaşlarımıza sadiqlik, həmçinin Azərbaycanın etibarlı biznes tərəfdaşı imicinin gücləndirilməsinə töhfə vermək holdinqin əsas prinsipləridir.
Vizyonumuz / Missiyamız
Dəyərlərimiz
Məsuliyyət
Öhdəliklərə ciddi yanaşmaq, görülən işlərin nəticəsinə cavabdeh olmaq.
Peşəkarlıq
İşdə yüksək standartlara riayət etmək, daim inkişaf etmək və mükəmməlliyi hədəfləmək.
Etibarlılıq
Verilən sözə sadiq qalmaq, vaxtında və keyfiyyətli şəkildə işləri yerinə yetirmək.
Sosial məsuliyyət
Cəmiyyətə fayda verən təşəbbüslərə dəstək olmaq, etik qaydalara sadiq qalmaq.
Müştəri məmnuniyyəti
Müştərilərimizin ehtiyaclarını doğru anlamaq və yüksək səviyyədə xidmət göstərmək.
Devizimiz
Biz Azərbaycanda və Azərbaycan üçün yaşayır, onun tərəqqisi və inkişafı uğrunda çalışırıq.
Missiyamız və prinsiplərimiz
Əsas missiyamız hər bir kəsi yeni, yüksək keyfiyyətli və lazımi məhsullarla təmin etməkdir.
Müştərilər, partnyorlar və əməkdaşlar qarşısındakı öhdəliklərinə sadiq qalan etibarlı şirkət nüfuzunu təsdiq etmək;
Mövcud texnologiyaları təkmilləşdirməklə qarşıya qoyulmuş məsələlərin yeni həlli yollarını inkişaf etdirmək;
İşçilərimizin professionalığını artırmaqla, onlarla birlikdə inkişaf etmək;
Müştərilərimizin tələbatına və əməkdaşlarımızın yaradıcı potensialına uyğun olaraq şirkətlər qrupunun fəaliyyət sahələrni genişləndirmək.